13.07.2018

"Yeni işə qəbul olmuş müəllimlər üçün yay düşərgəsi"

"Yeni işə qəbul olmuş müəllimlər üçün yay düşərgəsi" layihəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov, layihə rəhbəri Gülnar Muxtarova və layihəyə qatılan müəllimlər iştirak ediblər.

Layihənin məqsədi kənd məktəblərində yeni işə qəbul olan müəllimlərin praktik bilik və bacarıqlarını yay düşərgəsində təşkil ediləcək təkmilləşdirmə kursu ilə artırmaqdır.

Qeyd edək ki, layihədə Saatlı, Şirvan, Sabirabad və İmişli rayonlarının ümumtəhsil məktəblərinin gənc müəllimləri iştirak edirlər.