05.09.2018

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlimlər keçirilir

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimləri davam edir.

Təlimlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271№-li "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" qərarına uyğun olaraq, Azərbaycan Respublikası təhsil nazirinin 20 iyul 2018-ci il tarixli F-524 nömrəli əmrinin icrası məqsədilə həyata keçirilir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən növbəti təlimlər 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlər üçün təşkil olunan təlimlər Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə keçirilir. İlk təlim 28 avqust tarixlərini əhatə edib. Təlimdə 56 nəfər iştirak edib.

Hazırkı təlim 3  sentyabr tarixdə başlanıb və 8 sentyabrda yekunlaşacaq. Təlimdə 2 qrupda olmaqla 52 nəfər iştirak edir.

İxtisasartırma təlimlərinin təşkil olunmasında əsas məqsəd uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Təlimlər zamanı müəllimlərə nəzəri biliklər verilir və onlarda praktiki bacarıqlar formalaşdırılır.

Təlimləri uğurla başa vuran müəllimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.