24.09.2018

"Yeni işə qəbul olmuş müəllimlər üçün yay düşərgəsi" adlı layihəsi uğurla icra olunub

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Orta Muğan kənd tam orta məktəbin ibtidai sinif müəllimi Gülnar Muxtarovanın "Yeni işə qəbul olmuş müəllimlər üçün yay düşərgəsi" adlı layihəsi uğurla icra olunub.

Layihə çərçivəsində Xaçmaz rayonunun Nabran qəsəbəsində, "Samanyolu" ailəvi istirahət mərkəzində 4 günlük düşərgə keçirilib.

Düşərgədə Şirvan, Sabirabad, Saatlı və İmişli rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri iştirak ediblər.

Dörd gün davam edən düşərgədə Layihələr müasir tələblər baxımından peşəkarlıq səviyyəsinin yüksəldilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə  mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir.

Düşərgədə pedaqoji işçilərin peşəkarlıq bacarıqlarının artırılması ilə əlaqədar təlim, seminar, ustad müəllimlər tərəfindən texniki bacarıqları artıran dərslər təşkil olunub. 

Layihələrin icrasına nəzarət məqsədi ilə Təhsil Nazirliyinə tabe olan qurumlar tərəfindən monitorinqlər həyata keçirilib.

Layihənin bağlanışı və iştirakçılara sertifikat verilmə mərasiminin ayın sonunda təşkil olunması nəzərdə tutulub.