27.09.2018

“Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsi keçirilir

“Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsi keçirilir. Müsabiqəsi BMT Uşaq Fondu (UNICEF) Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və IDEA İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji maarifləndirmə əhatəsini genişləndirmək, onların ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması, ictimaiyyətin diqqətini dayanıqlı inkişaf məqsədlərinə çəkməkdir.​

“Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsində 2 yaş qrupu üzrə uşaqlar iştirak edə bilər.  Birinci yaş qrupu 12 – 15 yaş üzrə (VI – IX siniflər), ikinci yaş qrupu isə 16 – 17 yaş üzrə (IX – XI siniflər) uşaqlar iştirak edə bilərlər.

Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.

"Eko səyahət" müsabiqəsinin əsasnaməsi


Açar sözlər: ,