Sabirabad rayon Əhmədabad kənd tam orta məktəbdə Qarabağ əlilləri ilə görüş keçirilib keçirilib. Tədbirdə “Sabirabad rayon Mədəniyyət evi nəzdində fəaliyyət göstərən Adil İsgəndərov adına xalq teatrının tərkibində özfəaliyyət kollektivi - “Mübarizlər” qrupu, Müəllim və şagirdlər iştirak ediblər.
Məktəbin şagirdləri müəllim əməyinin bütün dövrlərdə ən şərəfli peşə olmasından, bu adı daşıyanlara həmişə böyük hörmət və ehtirama layiq olmasından danışıblar və müəllim barədə şerlər ifa ediblər.
Tədbirdə çıxış edən qonaqlar təhsil sahəsində aparılan islahatlardan, Ulu öndər Heydər Əliyevin müəllim əməyi bardə fikirlərdən, Azərbaycan prezidenti cənab İham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, bu səbəbdən son zamanlar ölkəmizdə müəllim olmaq istəyənlərin sayında artımdan söz açıb.