Sabirabad Rayon Təhsil Şöbəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə RAyon İcra Hakimiyyətinin nümayəndələri, təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
İlk olaraq qabaqcıl müəllimlər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayevin məruzəsində ötən tədris ilində rayonun təhsil işçilərinin qazandıqları uğurlardan geniş bəhs edib.
Daha sonra qabaqcıl müəllimlər təhsil şöbəsi tərəfindən fəxri fərmanla təltif olunublar. Təltif olunan bütün müəllimlər rayon üzrə Müəllimlərin işə qəbul imtahanı və Diaqnostik Qiymətləndirmədə ixtisasdan maksimum nəticə göstərən müəllimlərdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Sabirabad şəhər 2 nömrəli məktəbin kimya müəllimi Cəfərov Zaur Əlizadə oğlu Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Səadət İbrahimova və Hicran Qasımova isə Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunublar.