Sabirabad rayon Əhmədabad, Qalaqayın, Qaratəpə və Qaragünə 1 nömrəli kənd tam orta məktəblərində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunan tədbirlər keçirilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, sərgilər hazırlanıb.
Tədbirlərdə çıxış edənlər 27 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyi və bu aktın tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu bildiriblər.
Azərbaycan tarixində əvəzsiz xidmətləri olan Ulu öndər Heydər Əliyev və onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə məlumatlar bir daha şagirdlərin diqqətinə çatdırılıb.
Şagirdlər söylədikləri şeirlər və oxuduqları mahnılarla Vətənə olan sevgilərini nümayiş etdiriblər. Məktəblilər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə əlavə rəngarənglik qatıb.