Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbin tədbirlər planına əsasən direktoryani monitorinq keçirilib. İmtahan məzmun standartlarının reallaşdırılması vəziyyətini və şagirdlərin əldə etdikləri bilik və bacarıqların müəyyənləşdirilməsi məqsədi ilə keçirilib.
Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənnləri üzrə məktəbdə yaradılmış xüsusi komisiya tərəfindən monitorinq imtahanı ibtidai sinifləri əhatə edib.
Monitorinq tərtib olunmuş plana əsaəsn butun sinifləri əhatə etməklə il ərzində davamlı şəkildə aparılacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 avqust 2018-ci il tarixli F-550 nomrəli əmrinin 1-ci bəndini əsas tutaraq keçirlib.