"Kənd məktəblərində şagirdlərə psixoloji xidmətin artırılmasına dəstək" layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Növbəti xidməti görüş Sabirabad rayon Kovlar kənd tam orta məktəbdə təşkil edilib.
Məktəbin akt zalında əvvəlcə iştirakçılara mövzuya aid videoçarxlar təqdim edilib. Sonra şagirdlərin nə öyrəndiklərini aydınlaşdırmaq üçün sorğu keçirilib. Sonda Müəllim və valideynlərə tövsiyə sənədləri paylanılıb.