31.10.2018

"What books do you like?” mövzusunda açıq dərs keçirilib

Moranlı kənd  tam orta  məktəbdə ingilis dili müəllimi Ziya Təhməzov tərəfindən 6b sinfində "What books do you like?” mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.

İngilis dili müəllimi Ziya Təhməzov dərsi qruplarla və kollektiv iş formasında, müzakirə, təqdimat  iş üslubunda təşkil edib.

Motivasiya mərhələsində "Nə üçün kitablar belə vacibdir ?" sualı ətrafında müzakirələr aparılıb. Şagirdlər bir insanın elmi, təhsilli və dünyagörüşlü  şəxsiyyət kimi yetişməsi üçün kitabların vacibliyi haqqında fikirlərini söyləyiblər.

Tədqiqatın aparılması mərhələsindədə şagirdlər 3 qrupa bölünüb və onlar göstərilən cədvəldə oxuduqları əsər, hekayə və romanların, yazıçı və qəhrəmanlarının adlarını qeyd ediblər.

Sonda ümumi təlim nəticələrinə müvafiq meyarlara əsasən qiymətləndirmə aparılıb.


Açar sözlər: ,  ,  ,