31.10.2018

4 nömrəli tam orta məktəbdə II-IV sinif şagirdləri arasında şahmat yarışı keçirilib

Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə II-IV sinif şagirdləri arasında şahmat yarışı keçirilib. Yarışda 18 şagird iştirak edib.

Yarışınm keçirilməsində məqsəd fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları üzə çıxarmaq və məktəblilər arasında bu idman növünü təbliğ etməkdir.

Sonda yarışın rayon turunda məktəbi təmsil etmək üçün qalib gəlmiş 3 oğlan və 3 qız iştirakçıdan ibarət məktəb komandası yaradılıb.

Qeyd edək ki, yarış Təhsil Naziri Ceyhun Bayramovun 26 sentyabr 2018-ci il tarixli F-670 nomrəli əmrinə  müvafiq olaraq keçirilir və rayonun şahmat fənni tədris olunan  pilot ümumtəhsil məktəbinin şagirdləri arasında müsabiqənin rayon mərhələsi keçiriləcəkdir.


Açar sözlər: ,  ,    
/ 8