Sabirabad rayon Qarangüney kənd 1 nömrəli tam orta məktəbdə "Mehdi Hüseynzadə və gənclərin vətənpərvərlik tərbiyəsi" mövzusunda dəyirimi masa keçirilib.
Məktəbin müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şərəfli həyat yolu və qəhrəmanlıqlarından danışılıb, Azərbaycan xalqının tarixin bütün dövrlərində belə igid övladlar yetirdiyi vurğulanıb.
Qeyd edək ki, tədbir "M. Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən təşkil edilib.