06.11.2018

Atletika idman növü üzrə rayon mərhələsi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Sabirabad Rayon Təhsil Şöbəsinin və Sabirabad Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin idman bazasında atletika idman növü üzrə rayon mərhələsi keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev Məktəblilərin Respublika Çempionatı haqqında danışaraq, yarış iştirakçılarına uğurlar arzuladı. Sonra atetika üzrə rayon mərhələsinə start verilib.

Rayon mərhələsində 100,200 və 400 metr məsafəyə qaçış üzrə yarışda 35 məktəbin hər birindən  V, VI və VII siniflərdən 6 şagird ( 3 qız, 3 oğlan) olmaqla 210 şagird iştirak komanda şəklində iştirak ediblər.Yarışda I yerə şəhər 4 nömrəli tam orta məktəb, II yerə şəhər 1 nömrəli tam orta məktəb, III yerə isə Axtaçı-Muğan kənd tam orta məktəbi layiq görülüb və qaliblər diplomlarla təltif olunublar.

Qeyd edək ki, yarışın Şirvan şəhərində keçiriləcək Zona mərhələsində Sabirabad rayonunu şəhər  4 nömrəli tam orta məktəb təmsil edəcəkdir.


Açar sözlər: ,  ,