08.11.2018

“Bir kərə yüksələn bayraq bir daha enməz”

Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirə giriş sözü ilə məktəbin direktoru Mahir Zahidov başlayaraq bayrağımızın 100 illik tarixindən, hər birimiz üçün tükənməz qürur mənbəyi olmasından danışıb. Məktəbin tarix müəllimi Solmaz Zeynalova üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyi, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğu diqqətə çatdırıb.

 Sonra şagirdlər Vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər səsləndiriblər.

Sonda məktəbin direktoru atletika idman növü üzrə rayon birinciləri olan şagirdləri və həmin şagirdlərin müəllimlərini, eyni zamanda oktyabr ayı ərzində nizam-intizam və davamiyyətə gorə "Ayın qalibi" olan sinifləri diplomlarla təltif edib.


Açar sözlər: ,  ,