08.11.2018

Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sabirabad rayon ümumtəhsil məktəblərində 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər, yazı və rəsm müsabiqələri keçirilib  keçirilən tədbirlərdə şagirdlərdə dövlət rəmzlərinə hörmət və sədaqət hissinin gücləndirilməsi, uşaqların, yeniyetmə və gənclərin bununla bağlı biliklərinin möhkəmləndirilməsi məqsədi ilə müxtəlif mövzularda məruzə və çıxışlar dinlənilib.

Çıxış edənlər üçrəngli bayrağımızın 1990-ci il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin böyük cəsarəti, uzaqgörənliyi sayəsində yenidən ucaldılması, Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının muxtar respublikanın dövlət bayrağı kimi təsdiq edilməsi barədə söhbət açmışlar. Həmçinin qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında 2009-cu il 17 noyabr tarixli Sərəncamı və bunun ardınca Bakıda Dövlət Bayrağı Meydanının yaradılması dövlətimizin başçısının müstəqilliyimizə, dövlət rəmzlərimizə hörmət və ehtiramının bariz nümunəsidir.

Şagirdlərin ifasında Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,  ,