13.11.2018

Basketbol idman növü üzrə rayon mərhələsi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Sabirabad Rayon Təhsil Şöbəsinin və Sabirabad Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 13 noyabr 2018-ci il tarixdə Sabirabad şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbinin idman zalında oğlanlar arasında basketbol idman növü üzrə rayon mərhələsi keçirilib. Gərgin və maraqlı keçən basketbol yarışmasında  I yerə N.Nərimanov adına 2 nömrəli şəhər tam orta məktəbi, II yerə Ulacalı kənd tam orta məktəbi, III yerə isə şəhər 1 nömrəli tam orta məktəbi layiq görülüb.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev və rayon Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.


Açar sözlər: ,  ,