14.11.2018

Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə şagirdlər yola salınıblar

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə şagirdlər yola salınıblar.

Əvvəlcə şagirdlər Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar. Sonra məktəblilər Ümummilli Liderin adını daşıyan parkda ağac və gül kolları əkiblər.

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nigar Nəsirli sevincini bölüşərək deyib: “Tur-aksiyada iştirak edəcəyimi eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib.

X sinif şagirdi Pərviz Bədirov isə fikirlərini belə ifadə edib: “Bu gün Azərbaycanın dilbər guşələrindən olan Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşürük. Sevincimiz hədsizdir. Ölkəmizin qədim tarixi, mədəniyyəti və incəsənəti barədə çox oxumuşam. Bu gün isə mənə bütün bunları görmək imkanı yaradılıb”.

Sonda Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyada iştirak edən sabirabadlı məktəblilər yola düşüblər.


Açar sözlər: ,  ,