14.11.2018

"Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir" mövzusunda  tədbir keçirilib

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə Əmək və Əhalinin Sosial Müdafiə Nairliyi (ƏƏSMN) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir" mövzusunda  tədbir keçirilib.

Tədbirdə ƏƏSMN-nin əməkdaşı Sevinc Şəmmədova, Psixoloq-təlimçi Nailə Ələkbərova, Sabirabad rayon Məşğulluq Mərkəzinin sektor müdiri Sevindik Sultanov, VII-IX sinif şagirdləri və valideyinlər iştirak ediblər.

Seminarı  məktəbin direktoru Mahir Zahidov giriş sozü ilə açaraq gələn qonaqları salamlayıb şagirdlərin gələcək həyatlarının uğurlu olmasında düzgün peşə yönümün əhəmiyyətindən danışıb. Sonra ƏƏSMN-nin nümayəndəsi Sevinc Şəmmədova, Psixoloq Nailə Ələkbərova valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri, habelə məşğulluq xidmətləri haqqında ətraflı məlumatlar verilib. Hər bir gəncin gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olmasında onun düzgün peşə seçimi etməsinin, həmçinin öz əmək bacarıqlarını obyektiv qiymətləndirə bilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda Sektor müdiri Sultanov Sevindik Peşə yonümünə dəstəklə bağlı məsləhət və tovsiyəyə ehtiyacı olanların Sabirabad Rayon Məşğulluq Xidmətinə hər zamamn müraciət edə biləcəklərini və onlara lazımi köməklik gostəriləcəyini bildirdib. Seminar şagird və valideyinlərin böyük marağına səbəb  olub.

Tədbirin keçirilməsində məqsəd əmək bazarında rəqabətədavamlı yüksəkixtisaslı kadrlara yaranan və daim artan tələbatı ödəmək məqsədilə orta məktəbdən başlayaraq gənclərin yaradıcı əməyə hazırlanması, onlar arasında peşə və ixtisaslara meyillərin əmək bazarının tələblərinə uyğun formalaşdırılmasıdır.


Açar sözlər: ,  ,  ,