22.11.2018

Sabirabad rayon ümumtəhsil məktəblərində ağacəkmə aksiyası keçirilir

Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən ağacəkmə aksiyasında Sabirabad rayon ümumtəhsil məktəbləri də iştirak edirlər.

Rayon ümumtəhsil məktəblərində 2 minə yaxın ağac əkilib. Bu gün isə Sabirabad şəhər 1 və 4 nömrəli tam orta məktəblər aksiyaya qoşulublar. Həmçinin, mövcud ağaclara aqrotexniki qaydada qulluq göstərilib. Aksiya noyabrın 24-ə kimi davam etdiriləcək.

Aksiyanın məqsədi gənc nəsil arasında ekoloji mühitin qorunması ilə bağlı maarifləndirməni gücləndirmək və təbiətə qayğı hissi aşılamaqdır.


Açar sözlər: ,  ,