30.11.2018

Vətənpərvərlik mövzusunda inşa müsabiqəsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirinin 14 avqust 2018-ci il tarixli F-550 nömrəli əmrinin 2.7 bəndinə əsasən Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə vətənpərvərlik mövzusunda inşa müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri milli mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, şagirdlərə ölkəmizin tarixini, mədəniyyətini, milli irsini öyrətmək, onlarda sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadları müəyyənləşdirməkdir.

 İnşa müsabiqəsində 38 nəfər V-XI sinif şagirdləri iştirak ediblər. İnşa müsabiqəsinin qalibləri öncədən yaradılmış  komisiyya tərəfindən və əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilərək müəyyənləşdiriləcək. I, II və III yer tutan şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif olunacaqdır.


Açar sözlər: ,  ,