Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin VI sinfində Elnurə Abbasovanın “Who travels far, knows much” mövzusunda “açıq dərs”i keçirilib. Açıq dərsdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və ingilis dili müəllimləri iştirak ediblər.
“Activ – inspire” proqramında qurulmuş dərsdə öncə şagirdlər üçün İngiltərənin görməli yerlərindən bəhs edən videoçarx nümayiş etdirib.
Qruplarla, kollektiv iş formasında , suallar və beyin həmləsi iş üsullarından istifadə edilərək keçirilən dərs prosesi 3 mərhələdə keçirilib. Öncə tarixi abidələr haqqında şagirdlər məlumat veriblər. Sonra qrup işləri yerinə yetirilib. III mərhələdə isə London və London parklar müzakirə olunub və şagirdlər praktiki tapşırıqlar ediblər.
Problemli vəziyyət yaratmaq üçün Elnurə müəllim İngiltərənin tarixi abidələrinin şəkillərini nümayiş etdirib, şagirdlər isə abidələrin adlarını sadalayıblar.
Sonra Elnurə müəllim “What do we know about London” tədqiqat sualı və onun ətrafındakı digər suallar verib. Şagirdlər salları cavablandıraraq yeni dərsin adını təyin ediblər.
Tədqiqatın aparılması mərhələsində şagirdlər 3 qrupa (“Big Ben”, “The Tower of London”, “Buckingham”) bölünərək qəzet materialını tədqiq edib və tarixi abidələr haqqında məlumat veriblər.
Yekunda Londonun təsviri olan pazl qurulub.
Müəllim hər mərhələdə müvafiq meyarlara əsasən qiymətləndirmə aparıb.
Sonda müşahidəçi qismində iştirak edən rayon təhsil şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən dərs təhlil edilib.