10.12.2018

İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sabirabad rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəbliləri arasında keçirilən, Heydər Əliyevin anım gününə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

“Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin ümummilli lider Heydər Əliyevin tarixi həyat məktəbindən nələri öyrənib, mənimsədikləri barədə bilikləri üzə çıxarmaqdır.

Müsabiqədə 1681 nəfər IX-XI sinif şagirdləri iştirak edib. Qaratəpə kənd tam orta məktəbin şagirdi – Nərmin İbrahimli I, Ulacalı kənd tam orta məktəbin şagirdi – Firəngiz Həsənzadə II, Sabirabad şəhər 1 nömrəli məktəbin Hikmət Şıxəliyev isə III yerə çıxıb.

Qaliblərə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tərəfindən hədiyyələr və təhsil şöbəsinin fəxri fərmanı  təqdim edilib.

Həmçinin, tədbirdə şagirdlərin əl işlərindən ibarət rəsmlər sərgilənib. Sabirabad şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları rəsmlər digərlərindən fərqlənib.


Açar sözlər: ,