20.12.2018

Voleybol idman növü üzrə zona yarışı keçirilib

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə zona yarışı keçirilib. Şirvan Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Hacıqabul, Şirvan, Sabirabad, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın, Xocavənd rayonlarının məktəb komandaları mübarizə aparıb.

Yarışda Sabirabad rayon 6 nömrəli tam orta məktəbin komandası III yeri tutub.