21.12.2018

Fənn olimpiadalarının rayon mərhələsində iştirak edəcək şagirdləri müəyyən etmək üçün imtahan keçirilib

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə fənn olimpiadalarının rayon mərhələsində iştirak edəcək şagirdləri müəyyən etmək üçün imtahan keçirilib. Müvafiq komissiya tərəfindən əvvəlcədən müəyyən edilmiş meyarlara cavab verə imtahan iştirakçıları olimpiadanın rayon turunda işirak edəcəkdir.

İmtahanda IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə 30 sual təqdim edilib.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.


Açar sözlər: ,