21.12.2018

"Qüvvət elmdədir" adlı bilik yarışları davam edir

Moranlı kənd tam orta məktəbdə "Qüvvət elmdədir" adlı bilik yarışları davam edir. Yarışlarda VI sinif komandaları arasında " Laçın", VII sinif komandaları arasında "Azəri", VII sinif komandaları arasında "Əlaçılar" komandaları növbəti mərhələyə vəsiqə qazanıb.

Bilik yarışı istedadlı şagirdlərin üzə çıxarılması, onların bacarıqlarının inkişaf etdirilməsi işinin səmərəli təşkili məqsədini daşıyır.

Növbəti həftə yarışların final mərhələsinin keçirilməsi planlaşdırılıb.


Açar sözlər: ,  ,