27.12.2018

12-13 yaşlı uşaqlardan ibarət komandalar arasında futbol turniri təşkil olunub

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Saatlı rayonunda Uşaq-Gənclər Futbol Federasiyasının və Saatlı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Saatlı Olimpiya İdman kompleksində 12-13 yaşlı uşaqlardan ibarət komandalar arasında futbol turniri təşkil olunub.

Yarışda Sabirabad, Saatlı, Şirvan, Hacıqabul və İmişlini təmsil edən ümumilikdə 6 komanda iştirak edib. Yarışın qalibi Saatlı-1 komandası olub. Şirvan və Sabirabad təmsilçiləri müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

Qaliblər komandalar diplom və kubokla təltif olunublar


Açar sözlər: ,