28.12.2018

Əli Məmmədli kikboksinqin “MA-1” versiyası üzrə beynəlxalq turnirin qalibi oldu

Dekabrın 17-də Gürcüstanda kikboksinqin “MA-1” versiyası üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Ukrayna və Ermənistan idmançıları mübarizə aparıblar.

Yarışda 50 kiloqram çəki dərəcəsində, Sabirabad rayon Ətcələr kənd tam orta məktəbin IX b sinif şagirdi Əli Məmmədli final görüşündə Ermənistan təmsilçisini məğlub edərək yarışın qalibi olub.

Həmçinin bu münasibətlə məktəbdə tədbir təşkil olunub. Məqsəd məktəb kollektivinə  Əli Məmmədlinin bu böyük uğuru haqqında məlumatlandırmaq həmçinin, şagirdlərdə idmana həvəsi artırmaq və onları stimullaşdırmaqdır.

Tədbirdə məktəb rəhbərliyi tərəfindən Əli Məmmədliyə diplom və mükafatlar təqdim edilib.