28.12.2018

Sabirabad məktəbliləri yunan-Roma güləşi üzrə açıq birincilikdə 4 medal qazanıblar

Dekabrın 24-25-də Şağan Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun  kiçik yaşlı yeniyetmələr (2004-2006-cı illər təvəllüdlü) arasında sərbəst və yunan-Roma güləşi üzrə açıq birinciliyinə keçirilib.

Yarışda. Sabirabad məktəbliləri rayonun yunan-roma güləş növü üzrə baş məşqçisi Cəfər Teyfi-İbadzadənin rəhbərliyi ilə iştirak ediblər. İştirakçılardan Pərviz Dadaşov 41 kiloqram çəki dərəcəsində I, Fərahim Mustafayev 35 kiloqram çəki dərəcəsində I, Səyyad Nağızadə 35 kiloqram çəki dərəcəsində II və  Mustafa Alxanlı 48 kiloqram çəki dərəcəsində III çıxıblar

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.