04.01.2019

"Oxu tar, səni kim unudar?!" adlı tədbir keçirilib

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə məktəbin tədbirlər planına uyğun olaraq Mikayıl Müşfiqin anım günüə həsr olunmuş "Oxu tar, səni kim unudar?!" adlı tədbir keçirilib. Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan olunub.

Represiya qurbanlarının ruhlarının bir dəqiqəlik sükutla yad edilməsindən sonra sonra çıxış edən məktəbin direktoru Mahir Zahidov Mikayıl Müşfiqin keçdiyi qısa həyat yolunun olmasına baxmayaraq onun qısa ömür yolunda xalqımız üçün qoyub getdiyi zəngin irsdən geniş söhbət açıb. Tədbirin hazırlanmasında əməyi olan Bəhmən Quliyev, Aynur Salayeva, Zərifə Qəhrəmanovya və şagirdlərə minnətdarlıq edib.

Sonra şairin həyat yolunu özündə əks etdirən güşənin məktəbdə açılışı edilib. Tədbirdə çıxış edənlər Müşfiq poeziyasının məziyyətlərindən, ona olan ümumxalq məhəbbətindən söhbət açıblar. Daha sonra məktəbin şagirdləri M. Müşfiqin şeirlərindən kompozisiyalar və şeirlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

Sonda M. Müşfiqin həyatından bəhs edən videoçarx nümayiş olunub..


Açar sözlər: ,  ,