10.01.2019

“Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici seminar keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə "Zərərli vərdişlərdən uzaq olaq"  adlı seminar keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və IX, X, XI sizni şagirdləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan məktəbin direktoru Mahir Zahidov narkotiklərin insanların sağlımığına vurduğu zərbədən, törətdiyi xəstəliklərdən, cəmiyyətə vurduğu zərərdən və fəsadları haqında geniş məlumat verib.

Direktor müavini Bəhmən Quliyev, məktəbin Psixoloqu Nərmin Zeynalova şagirdləri narkotik vasitələrdən istifadə etməməyi, pis vərdişlərdən və infeksiya xəstəliklərindən qorunmağı və uzaq olmağı tövsiyə ediblər.

Sonra şagirdlərə narkomaniya və onun yaratdığı faciləri özündə əks etdirən videoçarx nümayiş olundu.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,