22.01.2019

"Təmiz ekologiya, sağlam düşüncə" layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi "Təmiz ekologiya, sağlam düşüncə" layihəsi çərçivəsində Sabirabad rayon Ulacalı kənd tam orta məktəbinin həyətyanı sahəsində şagirdlərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Yaşıllaşdırma məqsədilə keçirilən aksiyada Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, layihə rəhbəri Nuridə Bunyatova, məktəbin direktoru və bir qrup müəllim və şagird kollektivi iştirak ediblər. Aksiya zamanı 63 ədəd müxtəlif növ ağacların əkilib.  

Sonra Nadir Quliyev çıxış edərək bilidirib ki, yaşıllıqların qorunub saxlanılması, ağacların sayının artırılması və əkilən ağaclara qulluq edilməsi haqqında öz tövsiyyələrini vermişdir. Daha sonra məktəbin direktoru Nail Xanməmmədov çıxış edərək onları ətraf mühitdə ekoloji tarazlığın qorunub saxlanılması üçün keçirilən tədbirlər sistemində yaxından iştirak etməyə və əkdikləri ağaclara vaxtlı-vaxtında qulluq etməyə çağırıb.


Açar sözlər: ,  ,