31.01.2019

2 fevral - Azərbaycan Gəncləri Günüdür

Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər Mərkəzində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə təntənəli mərasim keçirilib.

Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanan gənclər fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.

Mükafatlandırılan şagirdlərdən sərbəst güləş idman növü üzrə Avropa 3-sü və Dünya Kubokun 2-si olmuş Varis Mehtizadə, digəri isə Yunan-Roma güləşi idman növü üzrə Respublika turnirinin qalibi olan Samir Hümbətovdur.

Şamil İbişov (80 kq), Mustafa Alxanlı (48 kq) və Nahid Feyzullayev (60 kq) - Sabirabad rayonunda keçirilən Yunan-Roma güləşi idman növü üzrə zona birinciliyinin qalibləridir. Həmin idmançılar fevralın 18-də Bakıda keçiriləcək Azərbaycan çempionatında iştirak edəcəklər.