07.02.2019

Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

Sabirabad rayon Əhmədabad kənd ümumi və Qaragüney kənd 1 nömrəli tam orta məktəblərdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə Mübariz İbrahimovun təhsil illərindən, əsgərlik həyatından və döyüş yolundan ətraflı söhbət açılıb, şagirdlərə ətraflı məlumat verilib. Milli Qəhrəmanın hərbi xidməti, onun vətənpərvərliyi ilə bağlı gələcəyin əsgərləri olan şagirdlərə geniş məlumatların verilməsinin, onların ibtidai hərbi hazırlıqlarının yüksəldilməsinin vacibliyini vurğulanıb.

Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunub. Məktəblilər Mübariz İbrahimovun həyat yoluna, qəhrəmanlığına həsr olunmuş rəsm əsərlərini də nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,