21.02.2019

21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilib

Sabirabad rayon  Qaragüney kənd 1 nömrəli tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilib.

Məktəbdə  “Ana dilimizi sevək və qoruyaq” mövzusunda “dəyirmi masa" və ədəbi-bədii kompozisiyalar təşkil edilib.

Tədbirdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib, şagirdlərlə ana dilinin varlığını hiss etmək, onu qorumaq və inkişaf etdirməklə bağlı söhbətlər aparılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Beynəlxalq Ana Dili Gününün məktəblərdə qeyd olunmasında əsas məqsəd Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdır.


Açar sözlər: ,  ,