Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin 15 yanvar 2019-cu il tarixli F-18 nomrəli əmrinin 1.2 əsas standartının 1.2.2 alt standartının reallaşdırılması ilə əlaqədar məktəbin tədbirlər planına uyğun olaraq, dini fanatizmin, dini radikal meyillərin, məzhəb ayrı seçkiliyinin zərərli nəticələri barədə "İslamı dəyərləri qoruyaq" adlı dəyirmi masa keçirilib.
Tədbirdə Sabirabad RİH-in aparıcı məsləhətçisi Cavanşir Nəsirov, VIII-XI sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahir Zahidov qeyd edib ki, bu gün ayrı-ayrı xarici ölkələrdə xüsusi təşkilatların bəzi vətəndaşlarımızı din pərdəsi altında təsir altına salaraq, ölkəmizdə olan sabitliyi pozmaq üçün onları cinayətlərə sövq etməyə çalışırlar. Ölkəmiz dünya ölkələrinə tolerantlıq nümunəsidir. Bütün bunların nizama salınmasında cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində baş verib. Bu gün şagirdlərimiz və gənclər din pərdəsi arxasında gizlənən radikal meyilli şəxslərdən uzaq olmağa çalışmalıdırlar.
Sonra məktəbin tarix müəllimi Solmaz Zeynalova şagirdlərə dini fanatizmin , məhzəb ayrı seçkiliyinin acı nəticələri barədə, məktəbin təşkilatçı müavini Bəhmən Quliyev şagirdlərin dinimizin dəyərlərindən, mənəvi keyfiyyətlərimizin zənginləşməsində olan rolu barədə geniş məlumat veriblər.
Sonda Cavanşir Nəsirov dövlətimizin multikultural dövlət kimi nümunə olmasından, ölkə başçısının dini dəyərlərə, din xadimlərinə göstərilən hörmət və ehtiramın mövcudluğu, müxtəlif dini mənsubiyyətə malik vətəndaşların ölkəmizdə sərbəst şəkildə yaşaması üçün yaratmış olduğu şərait barədə geniş məlumat verib. Tədbirin sonunda xatirə şəkili çəkilib.