06.03.2019

Şahmat festivalının zona mərhələsi keçirilir

Ucar şəhərdində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalının zona mərhələsi keçirilir. Zona turunda Sabirabad, Saatlı, İmişli, Beyləqan, Kürdəmir, Zərdab, Xocavənd, Fizuli, Göyçay, Bərdə, Ağcabədi, Yevlax, Laçın, Ucar rayonun komandaları iştirak edir.

14 rayondan II-IV sinif şagirdlərindən ibarət 84 şahmatçı final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparırlar. Zona turunda Sabirabad rayonunu təmsil edən Sabirabad şəhər 4 nömrəli tam orta məktəbin "Topçular" komandası 04-11 mart 2019-cu il tarixlərdə mübarizə aparacaq.