11.03.2019

Şagirdlərin Bayraq muzeyinə ekskursiyası təşkil olunub

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbin məktəbin V-VIII sinif şagirdləri üçün tarix müəllimləri Solmaz Zeynalova, Aidə Salayeva və təşkilatçı müavin Bəhmən Quliyevin rəhbərliyi ilə Bayraq muzeyinə ekskursiya təşkil olunub.

Şagirdlər muzeydə Azərbaycan SSR-in gerbləri, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, dövlət atributları, orden və medallarla tanış olublar.

Ekskursiya məktəbin tədbirlər planına uyğun olaraq, Təhsli Nazirliyinin 15 yanvar 2019-cu il tarixli F-18 nomrəli əmrinin icrasını təmin etmək və şagirdləri milli düşüncə, təfəkkür və iftixar hissinin aşılanması, dövlət rəmzlərinə hörmət hissini inkşaf etdirmək və tarixi keçmişimizi qan yaddaşımıza çevirmək məqsədilə təşkil olunub.


Açar sözlər: ,  ,