12.03.2019

Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd olunub

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə icma əsaslı 3-4 yaşlılardan ibarət qrupun uşaqları ilə Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd olunub.

Məqsəd erkən yaşdan uşaqlar arasında milli-mənəvi dəyərləri inşkşaf etdirmək və milli adət-ənənələrimizi tanıdaraq, onların təfəkkürlərini formalaşdırmaqdır.

Milli geyimdə olan şagirdlər novruz bayramına və yaz fəslinə aid şeirlər söyləyib. Yandırılmış tonqal ətrafında yallı rəqsi gedərək, uşaqların hər biri tonqalın üzərindən adətə uyğun olaraq hoppanıblar. Bütün bunlar şagirdlərin böyük marağına səbəb olub.


Açar sözlər: ,