12.03.2019

“Facebook” sosial şəbəkəsində rəsmi səhifələrinin idarəçiləri üçün təlim keçirilib

Sabirabad Rayon Təhsil Şöbəsinbdə ümumtəhsil məktəblərinin “Facebook” sosial şəbəkəsində rəsmi səhifələrinin idarəçiləri üçün təlim keçirilib. Təlimdə təhsil şöbəsinin əməkdaşları tərəfindən “Facebook” sosial şəbəkəsində rəsmi səhifənin yaradılması, səhifələrdə qaydalara uyğun paylaşımların edilməsi, səhifə izləyicilərinin cavablandırılması və. s. Izah edilib.

Həmçinin tədbirdə çıxış edənlər müasir dövrümüzdə sosial şəbəkələrin vacibliyindən, onların ictimaiyyətə, cəmiyyətə təsirindən, sosial şəbəkələrdən düzgün istifadə etmə vərdişlərinin formalaşdırılmasının əhəmiyyətindən söz açıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Açar sözlər: ,