29.03.2019

IX sinif şagirdləri üçün sinaq imtahanı keçirilib

Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə buraxılış imtahanın II mərhələsi üzrə IX sinif şagirdləri üçün sinaq imtahanı keçirilib.

Məqsəd Şagirdlər arasında məzmun standartlarının mənimsəmə vəziyyətini yoxlamaq, zəif mənimsənilmniş standartları vaxtında aşkar edib, mövcud geriliyi aradan qaldırmaq, şagirdləri psixoloji cəhətədən imtahan prosesinə hazırlamaqdır.

İmtahanda Azərbaycan dili, riyaziyyat və rus dili fənnlərinin hər birindən 30 sual olmaqla 90  sual təqdim olunub. Sınaq İmtahanında 35 şagird iştirak edib. İmtahan prosesi əvvəlcədən müəyyən olunmuş məktəbdaxili komisiya tərəfindən aparılıb. İmtahanın nəticələri Pedaqoji Şurada müzakirə ediləcəkdir.


Açar sözlər: ,