04.04.2019

"Aprel döyüşləri - böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilib

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə aprel döyüşlərinin 3-cü ildönümünə həsr olunmuş "Aprel döyüşləri - böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilib. Tədbirdə Sabirabad RTŞ-in müdir müavini Azər Quliyev, Sabirabad Veteranlar Birliyinin sədri Faiq Hüseynov, Qarabağ müharibəsində iştirak etmiş rayon veteranarı, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri inkşaf etdirmək, azərbaycançılıq ideyalarını təbliğ etmək, vətənpərvərlik ruhunda tərbiyə etmək, tarixi qələbəmizi qan yaddaşlarına çevirməkdir.

Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan edilib. Öncə torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda şəhid olan şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəbin direktoru Mahir Zahidov çıxış edərək rəşadətli ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızın bir hissəsini aprel döyüşləri kimi tarixə düşən 4 günlük müharibədə geri qaytarılması haqqında geniş məlumat verib.

Daha sonra məktəbdə Aprel döyüşləri barədə məlumatı özündə əks etdirən güşənin açılışı edilib. Sonra həmin dövrdə cərəyan edən hadisələr barədə, Sabirabad RTŞ-in müdir müavini Azər Quliyev, Sabirabad Veteranar Birliyinin sədri Faiq Hüseynov, direktor müavini Nigar Cahangirova, məktəbin Hərbi rəhbəri, ehtiyatda olan zabit, Aprel döyüşlərinin iştirakçısı Faiq Əhmədov, tarix müəllimi Solmaz Zeynalova geniş məlumat veriblər.

Sonra məktəbin şagirdləri vətənpərvərlik mövzusunda hazırladıqları şeirlər söyləyib, kompozisiyalar nümayiş etdiriblər

. Sonda Veteranlar Birliyinin sədri Faiq Hüseynov məktəbin direktoru Mahir Zahidovu şagirdlər arasında vətənpərvərlik mövzusunda silsilə tədbirlərin keçirilməsindəki xidmətlərinə görə Fəxri fərmanla, Qarabağ veteranı, ehtiyatda olan zabit Ağayev Mirayət döyüşlərdə fədakarlığına və ictimai fəaliyyətinə görə "Milli ordunun 100 illiyinə həsr olunmuş xatirə medalı " ilə təltif edilib.


Açar sözlər: ,  ,