08.04.2019

“Yaşıl məktəb” aksiyasına Sabirabad rayon ümumtəhsil məktəbləri də qoşulub

Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən start verdiyi “Yaşıl məktəb” aksiyasına Sabirabad rayon ümumtəhsil məktəbləri də qoşulub.

Aksiya çərçivəsində Sabirabad şəhər 1 nömrəli tam orta və Qaratəpə kənd ümumi orta məktəblərin həyətyanı sahələrində ağac və güllər əkilib.

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

Aksiya aprelin sonunadək davam edəcək.


Açar sözlər: ,