08.04.2019

İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

Qaragüney kənd 1 nömrəli tam orta məktəbdə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə İmadəddin Nəsiminin yaradıcıcılığına nəzər salan direktor müavini Könül Məlikova şairin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu deyib. İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyib. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.

Şagirdlər Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edib, görkəmli Azərbaycan şairi Nəsiminin zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıblar.

Tədbirin davamında şagirdlərin ifasında şairin qəzəlləri səsləndirilib və səhnəciklər nümayiş olunub.


Açar sözlər: ,  ,  ,