12.04.2019

M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə sınaq imatahanı keçirilib

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin 18 avqust 2018-ci il tarixli F-550 nömrəli əmrinə əsasən IV siniflərdə Azərbaycan dili, riyaziyyat, məntiq, həyat bilgisi və ingilis dili fənlərindən sınaq imatahanı keçirilib. Sınaq imtahanında hər bir fənn üzrə 10 sual olmaqla 50 sual şagirdlərə təqdim edilib. Sualları cavablandırmaq üçün şagirdlərə 120 dəqiqə vaxt verilib. İmtahan prosesi əvvəlcədən müəyyən edilmiş komissya tərəfindən aparılıb.

Əsas məqsəd məktəbdə tədrisin keyfiyyətini yüksəltmək, məzmun standartlarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətini,müəllimlərin standartların reallaşdırma səviyyəsini müəyyənləşdirmək ,aşkar olunan çatışmamazlıqları vaxtında aradan qaldırmaqdır.

İmtahanın nəticələri bir həftə ərzində valideyinlərə çatdırılacaqdır.


Açar sözlər: ,