16.04.2019

"Polis mənim ən yaxın dostumdur" adlı marifləndirici seminar keçirilib

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə "Polis mənim ən yaxın dostumdur" adlı marifləndirici seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd şagirdləri yol hərəkəti qaydaları haqqında marifləndirmək, yol nişanları barədə məlumatlandırmaq, və onları yol hərəkət qaydalarına riayət etməyə sövq etməkdir.

Seminarda Sabirabad RPŞ-in DYP bölməsinin rəisi, polis mayoru Əhməd  Ağayev və DYPB-nin baş DAM-ı polis kapitanı Cəlal Rəfiyev, məktəbin I-VI sinif şagirdləri və müəllimlər iştirak edib. Seminarda şagirdlərə yol hərəkəti qaydaları, yol nişanları barədə geniş məlumat verilib.

Tədbirin sonunda Əhməd Ağayev şagirdləri maraqlandıran suallara cavab verib. Seminar şagirdlərin böyük marağına səbəb olub.


Açar sözlər: ,  ,