Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə IIIb sinfində ibtidai sinif müəllimi Səidə Mahmudovanın açıq dərsi keçirilib.
Açıq dərsdə məktəbin direktoru Mahir Zahidov, TTİDM Nigar Cahangirova, Təşkilatçı müavin Bəhmən Quliyev, İbtidai siniflər üzrə metodbirləşmə rəhbəri Həqiqət Nəsirova və ibtidai sinif müəllimləri iştirak ediblər.
Açıq dərs Azərbaycan dili fənnindən "Kərpic kəsən kişinin hekayəti" mövzusunda keçirilib. III b sinfinin müəllimi Səidə müəllim dərsi fəal-interaktiv üsulla keçirib. Dərs prosesində fəal təlim üsüllarından və iş formalarından geniş istifadə edilib, dərsin gedişi şagirdlər tərəfindən səhnələşdirilmiş və qruplar şəkilində tədqiqat aparılaraq dərsin sonunda tələb olunan standartların reallaşdırılmasına nail olunub.
Dərsin sonunda dərsin gedişi müzakirə edilərək müvafiq pedaqoji-metodiki tövsiyələr verilib.
Açıq dərslər məzmun standartlarının müəllimlər tərəfindən reallaşdırılması səviyyəsini yüksəltmək, müəllimlər arasında pedaqoji təcrübəni yaymaq, bu istiqamətdə müvafiq tövsiyələr vermək məqsədi ilə keçirilir.