23.04.2019

Sabirabad  Rayon Gənclər Mərkəzində “Oxu günü” təşkil olunub.

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə  Sabirabad  Rayon Gənclər Mərkəzində “Oxu günü” təşkil olunub.

Sabirabad  Rayon Təhsil Şöbəsi tərəfindən  reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbirdə təhsil şöbəsinin müdir müavini  Azər Quliyev, metodis Asif Əyyubov, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Ağsaqqallar Şurasın sədri Böyükağa Həmidov, Vetranlar Şurasının sədri  iştirak ediblər.

Asif Əyyubovun rəhbərliyi keçirilən tədbirdə rayonun bir çox ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar təqdim ediblər. Tədbirdə, həmçinin kitab sərgisi təqdim edib.


Açar sözlər: ,  ,