30.04.2019

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə açıq dərslər keçirilib

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə təlim-tərbiyə prosesini daha da gücləndirmək, şagirdlərin bilik və bacarıqlarının formalaşdırılmasında, məzmun standartlarının reallaşdırılmasında səmərəli üsullardan istifadə etmək, məktəbdə qabacıl təcrubələri yaymaq məqsədilə açıq dərslər keçirilir.  Açıq dərslər qarşılıqlı dinləmələrə aparılır.

Bu gün II b sinfində Həyat Bilgisi fənni üzrə "Dinlər" mövzusunda Ramilə Bağırovanın açıq dərsi təşkil olunub. Dərsdə müxtəlif dinlər haqqında şagirdlərə məlumat verilib və “İslam” dininin üstünlükləri vurğulanıb. Açıq dərsin mövzusu şagirdlər arasında marağa səbəb olub.

 

***

 

VII b sinfində riyaziyyat fənnindən "Düzbucaqlı üçbucaq" mövzusunda riyaziyyat müəllimi Ülviyyə Həsənova açıq dərsi keçirilib. Açıq dərs prosesində müəllim nəzərdə tutulan məzmun standartlarının reallaşdırılmasına nail olunub. Şagirdlər üçbucağın əsas elementləri və onlar arasındakı münasibətləri həndəsi təsvir edib, düzbucaqlı üçbucağın konqruyentlik əlamətlərini tətbiq ediblər.

Dərsdən sonra açıq dərs müzakirə olunaraq müvafiq metodik tövsiyələr verilib.


Açar sözlər: ,  ,  ,