Çölbeşdəli kənd tam orta məktəbdə Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar ədəbi-bədii gecə keçirilib.
Tədbirdə çıxış edənlər İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu diqqətə çatdırıb. Eləcə də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması elmi və ədəbi ictimaiyyət tərəfindən ədəbiyyatımıza, mədəniyyətə olan diqqət kimi qiymətləndiriblər.
Şagirdlər tərəfindən nümayiş olunan ədəbi-bədii kompozisiya və Nəsimi filmindən səhnələr maraqla qarşılanıb. Şagirdlər şairin yaradıcılığı barədə məlumat verib. Sonra Nəsiminin qəzəllərini söyləyiblər.
Sonda tədbir iştirakçıları Nəsiminin həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıblar.