14.05.2019

Xalidə Abbaszadə “Tərifnamə” ilə təltif olunub

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbinin X sinif şagirdi Xalidə Abbaszadə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin Respublika mərhələsində Sabirabad rayonunu təmsil edib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, Xalidə Abbaszadə “Tərifnamə” ilə təltif olunub.

Müsabiqə Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə hər il ənənəvi olaraq keçirilir.


Açar sözlər: ,